Əmək münasibətlərinin idarə edilməsi şöbəsinin meneceri

27 Sep 2024

İş barədə məlumat

 

Öhdəliklər:

  • Proqram təminatının implementasiyasının təmin edilməsi;
  • Mövcud proseslərin analiz edilməsi və optimallaşdırılması ilə bağlı zəruri işlərin görülməsi;
  • Şöbəyə daxil olan sorğuların analiz edilməsi və bundan irəli gələn digital həllərin təmin edilməsi;
  • Müştəri ehtiyaclarına uyğun proseslərin digitallaşdırılması və təkmilləşdirilməsinin təmin edilməsi;
  • Proseslərin avtomatlaşdırılması və optimallaşdırılması zamanı risklərin müəyyən edilməsi, bu risklərin idarə edilməsi üzrə tədbirlərin həyata keçirilməsi;
  • Qayda, prosedur, vəzifə təlimatı və digər əlaqəli sənədlərin hazırlanması;
  • Avtomatlaşdırılmış proseslər üzrə yoxlama mexanizmlərinin qurulması və tətbiq edilməsi;
  • Hesabatların hazırlanması, mütəmadi tələb olunan hesabatların vizuallaşdırma alətləri ilə vizuallaşdırılması;
  • Strukturlar üzrə illik ştat planının hazırlanması, yeni sorğuların analizi və rəyin verilməsi.

 

Tələblər:

 

  • Ali təhsillisiniz;
  • Azərbaycan dili mükəmməl, İngilis dilini əla səviyyədə bilirsiniz. Rus dili biliyi üstünlükdür;
  • İnsan resursları, Əmək münasibətlərinin idarə edilməsi sahələri üzrə minimum 3 il iş təcrübəniz var;
  • İnsan resursları üzrə proqram təminatının implementasiyası (SAP), proseslərin avtomatlaşdırılması üzrə təcrübəniz var;
  • Əmək Məcəlləsini mükəmməl bilirsiniz;
  • Data və vizuallaşdırma alətləri (Power BI, Tableau və s.) ilə işləməyi bacarırsınız;
  • Ünsiyyət qurmaq, komandada işləmək və yüksək icraçılıq bacarığınız var;
  • Təşəbbüskarlıq, çeviklik, diqqətlilik kimi xarakterik xüsusiyyətlərə sahibsiniz.

Müraciət et