Məlumat xidməti üzrə kiçik mütəxəssis /Xaçmaz rayon filialı

24 Mar 2025

Öhdəliklər:

  • Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
  • Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
  • Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
  • Ödəniş terminallarından istifadə qaydaları haqda məlumatların verilməsi.

Tələblər:

  • Azərbaycan dilini mükəmməl bilirsiniz. İngilis və rus dillərində də sərbəst danışa bilirsizsə bu sizin üstünlüyünüzdür;
  • Ali təhsillisiniz, riyazi hesablama və analitik mühakimə etmək qabiliyyətiniz güclüdür;
  • Maliyyə təhsili və ya bank təcrübəsinin olması mütləq deyil, əla ünsiyyət bacarıqlarınızın olması və müştərilərimizə məhsullarımız haqqında ətraflı məlumat verərək müraciətlərini təlimata uyğun cavablandırmağınız mütləqdir;
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyətiniz güclüdür.
Müraciət et