Korporativ kredit risklərinin təhlili şöbəsi/Aparıcı mütəxəssis
24 Mar 2025Öhdəliklər:
- Borcalanın maliyyə vəziyyətini qiymətləndirmək üçün müştəri müraciətləri (kredit və ya sənədli əməliyyat məhsulu) üzrə müştəriyə müvafiq sorğuların göndərilməsi;
- Müştəri sifarişinin analizi zamanı daxil olan məlumatların standardlara əsasən yığılması və emal edilməsi;
- Borcalana kredit və ya sənədli əməliyyat məhsulu verilməsi ilə bağlı risklərin müəyyən edilməsi üçün müştəri tərəfindən verilən hesabatların, müştəri tarixçəsinin və digər məlumatların qiymətləndirilməsi;
- Mənfəət və Zərər, Balans hesabatı və nağd pul axını üzrə göstəricilərin yoxlanması üçün mənfəət vergi bəyannamələrinin və digər maliyyə hesabatlarının qiymətlənləndirilməsi;
- Təhlil nəticəsində müştərinin ümumi maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsi və yekun müvafiq rəylərin yazılması;
- Təhlil nəticəsində komitəyə çıxan keyslərə yazılan rəyə uyğun dəstək verilməsi;
- Müştərilərə müvafiq komitələrdə qoyulan şərtlərə nəzarət edilməsi və müvafiq addımların atılması.
Tələblər:
- Ali təhsilə (Maliyyə/ İqtisadi);
- Maliyyə hesabatlarına dair müvafiq biliklərə;
- Araşdırma və analitik düşünmə bacarığına;
- Qərarvermə və kollektiv mühitdə işləmə bacarığına;
- Microsoft Office-də (əsasən Word və Excel) işləmək bacarığına;
- Təqdimatların hazırlanması bacarığına;
- Bu səhədə minimum 3 illik iş təcrübəsinə sahib olmaq.
- ACCA (xüsusən F3 və F7) və CFA sahəsində nailiyyətlər arzuolunandır.