Sosial Media Marketinq (SMM) mütəxəssisi

21 Sep 2024

İş barədə məlumat

Redmark Agency olaraq komandamıza dəyər qatacaq Sosial Media Meneceri vakansiyasını elan edirik!

Vəzifə öhdəlikləri:

  • Müxtəlif sosial media platformalarında (Instagram, Facebook, TikTok, LinkedIn və s.) marketinq strategiyalarının hazırlanması və həyata keçirilməsi
  • Kontent planının hazırlanması və onun icrası
  • Video və paylaşım kontentlərinin yazılması
  • Video senarilərin hazırlanması
  • Brendin sosial mediada tanınması və müştəri ilə əlaqələrin gücləndirilməsi üçün yaradıcı yanaşmaların tətbiqi
  • Sosial media analitikası və performans göstəricilərinin izlənməsi, hesabatların hazırlanması
  • Rəqiblərin analizi və bazar trendlərinin izlənməsi
  • Müxtəlif vizual və mətn kontentlərinin hazırlanması ilə bağlı yaradıcı komandaya nəzarət edilməsi
  • Müştərilər ilə əlaqənin saxlanılması

Tələblər:

  • Minimum 2 il iş təcrübəsi
  • Digital marketing, Meta Business Suite üzrə bilik və təcrübə
  • Sosial media alətləri və trend mövzuları ilə yaxından tanışlıq
  • Yüksək yaradıcılıq qabiliyyəti və yaradıcı yanaşma
  • Güclü analitik düşüncə və hesabatlama bacarıqları
  • Komanda ilə işləmə və müstəqil qərarlar vermə bacarığı
  • Azərbaycan və ingilis dillərində danışıq və yazı bacarığı (rus dili arzuolunandır)

Üstünlüklər:

  • Fleksibil iş qrafiki
  • Kreativ və dinamik iş mühiti
  • Karyera inkişafı üçün geniş imkanlar
  • Qlobal layihələr ilə bağlı geniş imkanlar

İş haqqında:

  • 9:00 - 18:00 iş qrafiki
  • Həftənin 2 günü istirahət
  • Ə/H: 700 - 900 AZN (müsahibə əsasında namizədin bilik bacarıqlarına uyğun təyin olunacaqdır.)

Müraciət qaydası:

CV və portfolionuzu [email protected] elektron poçtuna göndərin. Mövzu sətrində "SMM Menecer" başlığını qeyd etməyi unutmayın.

Son müraciət tarixi: 27 oktyabr 2024

Redmark Agency-yə qoşulun və yaradıcılıq dolu komandamızın bir hissəsi olun!


Müraciət et