Videoqraf və Videomontajor

21 Sep 2024

İş barədə məlumat

Redmark Agency olaraq komandamıza dəyər qatacaq Videoqraf vakansiyasını elan edirik!

Vəzifə öhdəlikləri:

  • Müxtəlif sosial media platformaları üçün (Instagram, Facebook, TikTok, LinkedIn və s.) video materialların hazırlanması
  • Senarilərə uyğun video çəkilişlərin həyata keçirilməsi
  • Videoların keyfiyyətli və bazar tələbinə uyğun kreativ montaj olunması
  • Video senarilərin hazırlanması
  • Bazar trendlərinin researching-i
  • Müxtəlif vizual və mətn kontentlərinin hazırlanması ilə bağlı yaradıcı komandaya nəzarət edilməsi

Tələblər:

  • Minimum 2 il iş təcrübəsi
  • Adobe Premiere Pro
  • CapCut Pro
  • Adobe After Effect arzuolunandır
  • Müştərilər ilə yüksək kommunikasiya bacarığı
  • Yaradıcılıq, vizual estetik zövq və diqqətcil olmaq
  • Dinamik və sürətli iş mühitində işləmək bacarığı
  • Komanda ilə işləmə və müstəqil qərarlar vermə bacarığı

Üstünlüklər:

  • Fleksibil iş qrafiki
  • Kreativ və dinamik iş mühiti
  • Karyera inkişafı üçün geniş imkanlar
  • Qlobal layihələr ilə bağlı geniş imkanlar

İş haqqında:

  • 9:00 - 18:00 iş qrafiki
  • Həftənin 2 günü istirahət
  • Ə/H: 700 - 900 AZN (müsahibə əsasında namizədin bilik bacarıqlarına uyğun təyin olunacaqdır.)

Müraciət qaydası:

CV və portfolionuzu [email protected] elektron poçtuna göndərin. Mövzu sətrində "Videoqraf" başlığını qeyd etməyi unutmayın.

Son müraciət tarixi: 27 oktyabr 2024

Redmark Agency-yə qoşulun və yaradıcılıq dolu komandamızın bir hissəsi olun!


Müraciət et