Əlaqə mərkəzi şöbəsinin Telefon Mərkəzi bölməsində kiçik mütəxəssis

17 Sep 2024

İş barədə məlumat

Öhdəliklər:

 

  • 196 Əlaqə Mərkəzinə müştərilər tərəfindən gələn sualları, tələbləri və şikayətləri sürətli və effektiv şəkildə cavablandırmaq.
  • Bankın Əlaqə Mərkəzinə müraciət zamanı zəngdə müştərilərin yaşadığı problemləri anlamaq və həll etmək üçün səmimi üslubla çalışmaq.
  • Müştərilərə bankın xidmətləri, məhsulları, kampaniyaları və digər məlumatları səmimi bir üslubda təqdim etmək.
  • Müştərilərin zəng zamanı tələblərini, dəyişikliklərini və istəklərini dəqiqləşdirmək və aidiyyəti üzrə yönləndirmək.
  • Bankın Əlaqə Mərkəzində mövcud olan məlumatları səmimi üslubda dəqiqləşdirmək və tələblər üzrə məlumat təqdim etmək.
  • Müştərilərlə zəng zamanı Bankın xidmətlərindən, proseslərindən və funksiyalarından maksimum fayda almaq üçün təlimatlar və məsləhətlər vermək.
  • Zəng zamanı Banka ünvanlanan xidmət ilə əlaqəli sualları və problemləri idarə etmək üçün uyğun sistemləri istifadə etmək və nəzarət etmək.

 

Tələblər

Sizin barənizdə:

 

  • Kommunikasiya bacarığı: Sürətli, səmimi və başadüşülən üslubda yazılı və sözlü kommunikasiya bacarığına malik olmaq.
  • Müştəri xidmətləri təcrübəsi: Bank və ya digər müştəri xidmətləri sahəsində təcrübəyə malik olmaq və müştərilərin suallarını və problemlərini effektiv şəkildə həll etmək bacarığı.
  • Onlayn platformaların idarə edilməsi: Onlayn çat platformalarının idarə edilməsi və səmimi üslubla müştərilərə kömək etmək üçün texniki biliklərə malik olmaq.
  • Öhdəliklərin effektiv icrası: Tələb olunan öhdəlikləri səmimi üslubda və sürətlə yerinə yetirə biləcək təcrübəyə malik olmaq.
  • Müştərilərə məhsulların təqdim edilməsi: Bankın xidmət və məhsullarının müştərilərə səmimi bir üslubda təqdim edilməsi bacarığı.
  • Dil bacarıqları: Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək və müştərilərlə səmimi üslubda kommunikasiya qurmaq bacarığı.

Müraciət et