Digər kreditlər ilə iş şöbəsinin mütəxəssisi (Mikro kreditlərin təqibi üzrə)
14 Sep 2024İş barədə məlumat
Öhdəliklər:
- Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana zəng edilməsi;
- Gecikməyə düşmüş kreditlərlə bağlı borcalan, zamin və girov qoyanla Bankda və ya onların ünvanlarında görüşlərin keçirilməsi;
- Kredit ödənişinin gecikməsi ilə bağlı bocalana, zaminə və girov qoyana rəsmi bildirişlərin göndərilməsi;
- Müştərilərlə qarşılıqlı razılıq əsasında məhkəmədən kənar qaydada girov(lar)a tutma yönəldilməsi ilə bağlı tədbirlər görülməsi;
- Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görülməsi;
- Borcalanın cari tarixə maliyyə vəziyyətinin qiymətləndirilməsi;
- Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi və s.
Tələblər:
- Təhsil pilləsi: Bakalavr dərəcəsi tələb olunur.
- Texniki bacarığı: MS Office proqramlarında işləmək bacarığı.
- Sahə üzrə iş təcrübəsi: Minimum 1 illik təcrübəyə malik olmaq.
- Dil bacarıqları: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığı.
- Digər səriştələr: Operativ, təmkinli və problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı mütləqdir.