Ofis meneceri
22 Aug 2024İş barədə məlumat
BiAtoms Academy komandasına ofis meneceri/kurs koordinatoru axtarışındayıq. 1-ci smen tələbələr üçün idealdır.
- İş saatı: Həftə içi 5 gün Saat: 16:00-21:00. Şənbə günü 11:00-15:00 1 saat Nahar fasiləsi verilir.
- Payız aylarında ikinci yarımştat səhər smeni ofis meneceri işə girəndən sonra 6-ci günlər sıra ilə işə çıxılacaq. (yəni ayda 2 dəfə)
- Bazar istirahət günü.
- Əmək haqqından əlavə satış və iş performansından asılı olaraq bonus verilir.
Vəzifələr
- Müəllimlərə və tələbələrə lazım olan informasiyanın çatdırılması
- Müəllim-tələbə-kurs münasibətlərinin koordinasiyasını həyata keçirmək
- Tələbələrin qeydiyyatının aparılması.Davamiyyət siyahısına nəzarət etmək.
- Gecikən tələbələrlə əlaqə saxlayıb səbəbini öyrənmək. (az yaşlıdırsa valideyninə demək)
- Ödənişlərin və tələbə məlumatlarının sistemə daxil edilməsi.
- Ödəniş çeklərini yazıb tələbəyə vermək
- Dərs sonu elektronik əşyalara nəzarət edib kursu bağlamaq.
- Dərsdən əvvəl otağın səliqə səhmanına nəzarət etmək.
- Ehtiyac olanda dərs prosesindən maraqlı görüntüləri telefona çəkib saxlamaq. (marketinq komandası üçün)
- Rəhbərliyin qəbuluna gələn qonaqların qarşılanması və yönləndirilməsi.
- Konsultasiyaya gələn tələbə və ya qonaqlara çay və su təklif etmək.
- Ofisə lazım olan xırda ləvazimatın vaxtında alınmasını təmin etmək (su, çay, kağız, və s)
- İnstagram və whatsapp mesajlarını gözlətmədən cavablandırmaq.
- Müştəri verən nömrəni satış komandası üçün bazaya köçürmək. (zənglərlə satış komandası danışır)
Namizəddən gözlədiyimiz tələblər:
- Həqiqətən part-time iş axtaran namizədlər. Full time axtarıb tapa bilmədiyi üçün müvəqqəti baş vuranlar olmasın çünki iş rəsmi olacaq. Xahiş edirəm boşuna müraciət edib həqiqətən part time istəyən tələbə və ya ehtiyacı olanların yerini tutmayın
- 20-25 yaş aralığında məsuliyyətli və səliqəli xanım namizədlər;
- Gülərüz, mehriban, ünsiyyətcil.
- Kurs sahəsində ən az 1 il təcrübə (2 arzuolunandır)
- Əla səviyyədə azərbaycan dili; Orta səviyyədə ingilis və rus dili.
- Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
Arzuolunandır:
- Dizayn və proqramlaşdırma sahəsi üzrə məlumatlı olmaq.
- Satış və ya SMM təlimlərindən alınan sertifikat.
- Reels çəkməyə marağı olan
- Tələbələrlə birgə vaxt keçirib oyunlar oynamağa maraqlı olmaq.
Zəhmət olmasa CV-lərinizi yalnız [email protected] emailinə göndərin. Uyğun olan namizədlərlə əlaqə saxlanılıb müsahibəyə dəvət olunacaq.