Satış operatoru
07 Aug 2024İş barədə məlumat
- Bazadakı müştərilərə qeyd edilmiş gün və saatlarda zənglər etmək;
- Mesajlara cavab vermək
- Qoyulmuş satış hədəfləri çərçivəsində şirkətin xidmətlərinin satışını həyata keçirmək, müştəri ehtiyaclarını müəyyənləşdirmək;
- Müştərinin tələb və ehtiyaclarının komanda daxilində digər bölmələrə ötürülməsini təmin etmək və yeni təkliflər yaratmaq;
- Müştəri etirazları və bəhanələri ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etmə bacarığı
- Yerinə yetirilmiş işlər barəsində hesabatların hazırlanması.
- Nömrə bazası çox olmadığı üçün kursa gələn tələbələrin qeydiyyatını aparıb onlarla əlaqədə olmaq. (ofis meneceri)
- İş saatı: Həftə içi 5 gün Saat: 12:00-21:00. Şənbə günü 11:00-15:00 1 saat Nahar fasiləsi verilir. Bazar istirahət günü.
- Əmək haqqından əlavə satış və iş performansından asılı olaraq bonus verilir.
Kiçik qeyd: Sentyabrdan sonra əlavə yarımştat ofis menecerləri işə başlayacaq deyə həmin vaxtdan sora iş saatı 11:00dan 19:00a qeder olacaq
Namizəddən gözlədiyimiz tələblər:
- 20-27 yaş aralığında məsuliyyətli xanım namizədlər;
- Bu sahədə ən az 1 il təcrübə (2-3 arzuolunandır)
- Əla səviyyədə azərbaycan dili;
- Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
- Ünsiyyət və inandırma bacarığının olması;
- Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;
Arzuolunandır:
- Dizayn sahəsi üzrə məlumatlı olmaq
- Kurs təcrübəsi
- Satış təlimlərindən alınan sertifikat
- Əlavə dil biliyi
CV-ni göstərilən emailə göndərin. Yalnız uyğun namizədlər intervyu üçün görüşə dəvət olunacaq.