Qeydiyyatı və Dövriyyəsi Bölməsinin Kiçik Mütəxəssisi (Reception)

29 Jul 2024

İş barədə məlumat

Öhdəliklər

  • Daxil olmuş xidməti sənədləri və digər korrespondensiyaları qəbul edir;
  • Zərflərin və ya bağlamaların salamatlığını müəyyənləşdirir;
  • Zərf açılarkən sənədlərin çatışmadığı, zədələndiyi, nömrələrin zərfin üstündə göstərilən nömrələrə uyğun gəlmədiyi, əməkdaşın adının səhv, yaxud natamam yazıldığı, həmçinin bu tipli digər problemlər aşkar edilərsə aidiyyatı üzrə araşdırır;
  • Bankın filiallarından, digər təşkilatlardan, həmçinin vətəndaşlardan daxil olmuş və göndərilən sənədlərin qeydiyyatını aparır, sənədləri çatdırılması üçün şöbənin digər əməkdaşına təhvil verir;
  • Telefon zənglərinə cavab verir, əməkdaşlara müvafiq dəstək göstərir;
  • Banka gələn qonaqları qarşılayır, şəxsiyyət vəsiqələrini qəbul edərək qeydiyyatdan keçirir və qonaqları aidiyyəti üzrə yönləndirir;
  • Banka gələn müştəriləri dinləyir və aidiyyatı üzrə yönləndirir.

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyəti;
  • Rus dili mütləqdir, ingilis dili arzuolunandır;
  • Bankçılıq sahəsi haqqında ilkin anlayış; 
  • Tez öyrənmə bacarıqları, problemlərin həlli və ya həll yolları təklif etmə;
  • Detallara diqqət, dəqiqlik və təcili işlərə həssaslıq;
  • Microsoft Word, Excel və internetdə işləmə bacarığı;
  • Təşəbbüskarlıq və məsuliyyətlilik qabiliyyəti. 

Müraciət et