UX/UI dizayner

30 Oct 2024

İş barədə məlumat

 

Marketinq mərkəzi, UX/UI bölməsi

 

Son müraciət tarixi: 12 noyabr 2024

 

Vəzifə Öhdəlikləri:

  • Şirkətin, onun filial (bölmə) və nümayəndəliklərinin işinin avtomatlaşdırılmış və gələcək üçün planlaşdırılmış proqram təminatlarının dizayn modellərinin hazırlanması;
  • Proqram təminatının hazırlanması üçün texniki təsvirlərə və rəhbərin təlimatlarına əsasən UX və Uİ işlərinin təkmilləşdirilməsi;
  • Yeni informasiya texnologiyalarının tətbiqi nəzərə alınaraq Desktop, table və mobil formatları üçün Wireframe və dizayn çəkilməsi;
  • Şirkətin digər struktur bölmələrinin dizayn sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək;
  • Şirkətin internet səhifəsinin yenidən təkmilləşdirilməsi və effektli dizayn formatlarının hazırlanması;
  • DATA driven (DATA-ya əsaslanan) dizaynlarının hazırlanması;
  • UX-Uİ üzrə araşdırmalarının aparılması,istifadəçi araşdırmalarının aparılması və maraqlı tərəflər, “Persona” və “Empathy Map” hazırlanması;
  • Müştərilərlə görüş edərək onlardan insight-ların alınması, müsahibələrin keçirilməsi, sorğuların hazırlanması və istifadəçi testlərinin aparılması;
  • Bazarda rəqabətqabiliyyətli məhsulların təhlilinin aparılması;
  • “Customer Journey Map” istifadə edərək məhsulun müştəriləri hal-hazırdakı narahat edən nöqtələrini müəyyən edilməsi;
  • Məhsul üzrə İnformasiya arxitekturasının hazırlanması;
  • Məhsul və ya funksionallığın “clickable” prototipinin yaradılması;
  • “Usability Testing”-lərin keçirilməsi və nəticələrin analizi olunub, hesabatın hazırlanması;
  • İstifadəçi interfeys dizaynlarının hazırlanması (Web, Android, IOS)
  • UI prototiplərini hazırlanması və müştəri ehtiyaclarını, tələblərini müəyyən etmək üçün istifadəçilərlə görüşlərinin keçirilməsi və testlərin aparılması
  • Dizayn sistemlərinin hazırlanması və UI kitdən istifadə

 

Namizədə olan tələblər:

  • İş təcrübəsi: UX/UI dizayner kimi ən azı 1 il iş təcrübəsi tələb olunur
  • Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi 
  • Dil bilikləri: Azərbaycan dili: əla, ingilis dili: orta
  • Kompüter bilikləri: Figma:əla

 

Üstünlüklər: 

  • Agile yanaşma barədə ilkin biliklər, Adobe Photoshop, Adobe Illustrator, Notion, Azure bilikləri olanlara üstünlük kimi hesab olunacaq

 

Fərdi keyfiyyət tələbləri: 

  • Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, dəyişikliklərə uyğunlaşma

 

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

 


Müraciət et