Fərdi sığorta şöbəsinin müştəri meneceri

30 Oct 2024

İş barədə məlumat

 

Satış departamenti / Fərdi sığorta şöbəsi

 

Son müraciət tarixi: 13 noyabr 2024-cü il
 

Vəzifə Öhdəlikləri:

  • Cəmiyyətin gəlir büdcəsi ilə müəyyən olunmuş Fərdi satış planı üzrə sığorta haqlarının yığılmasını təmin etmək;
  • Cəmiyyətə yeni Fərdi müştərilərin cəlb olunmasını həyata keçirmək;
  • Mövcud Fərdi müştərilərlə əlaqələri genişləndirmək və uzunmüddətli əməkdaşlıq qurulmasına çalışmaq.
  • Mövcud Fərdi müştərilərlə sığorta müqavilələrinin yenilənməsini həyata keçirmək;
  • Debitorların ödənilməsini təmin etmək;
  • Cəmiyyətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək
  • Cəmiyyətin müvafiq strukturlarına tələb olunan formada Şöbənin hesabatlarını təqdim etmək.

 

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Satış sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur
  • Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: əla, İngilis dili: orta
  • Kompüter bilikləri: MS Office: orta
  • Üstünlüklər: Riyazi biliklərə və iqtisadi təhsil ixtisaslarına üstünlük veriləcəkdir

 

Fərdi keyfiyyət tələbləri:  Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq, təsir göstərmə, münasibət yaratma.  
İmtiyazlar

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır



Daha çox Sığorta vakansiyaları isbu.az-da - Axtardığın işbu!

Müraciət et