
İcbari Tibbi Sığorta şöbəsi üzrə koordinator - Liman klinikası / Liman klinikası
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
İş barədə məlumat
Vəzifə Öhdəlikləri:
- Sığorta olunmuş şəxslərin telefon zənglərini qəbul etmək
- Sığorta olunmuş şəxsləri müvafiq şöbəyə yönləndirmək
- Sənədləşmə işlərini aparmaq
- Məlumatları proqrama daxil etmək
- Müştəri sorğularını araşdırmaq və sığorta təminatına uyğunluğunu müəyyən etmək
- Müntəzəm olaraq şirkətlərlə əlaqə saxlamaq və ödəniş gecikmələrinin aradan qaldırılması üçün tədbirlər həyata keçirmək
- Reyestrləri şirkətlərə düzgün tərtib edərək göndərmək
- Klinikaya yeni pasiyentlər və şirkətləri cəlb etmək
- Şikayət və narazılıqları qeydə alıb, aidiyyəti struktur bölməyə yönləndirmək və nəzarətdə saxlamaq
- Sorğu və məmnuniyyətlə bağlı zənglər etmək, şirkət xidmətlərindən pasiyentlərin məmnunluğunu öyrənmək və qeydiyyatını aparmaq
İş Qrafiki:
- Həftə içi 6 gün, saat 09:00-dan 18:00-dək
- İstirahət günü: Bazar günü
Namizədə Tələblər:
- Cins: Xanım namizəd
- Ali təhsil (Tibbi təhsil üstünlükdür)
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti, rus dili arzuolunandır
- Müasir müalicə və müayinə üsulları barədə məlumatlı
- Sığorta sahəsində ən az 3 illik təcrübə (İcbari Tibbi Sığorta Koordinatoru olaraq)
- Ünsiyyətcil və komanda ilə işləmə bacarığına sahib
- MS Office proqramlarını (MS Word, MS Excel) yaxşı səviyyədə bilməli
- Səbrli və punktual olmalı