B2B Satış mütəxəssisi
23 Oct 2024İş barədə məlumat
Öhdəliklər:
- Potensial müştərilərlə əlaqə qurmaq və mövcud müştərilərlə əlaqələri davam etdirmək.
- Müştəri məmnuniyyətini təmin etmək və onların ehtiyaclarını anlamaq.
- Satış strategiyalarını inkişaf etdirmək və həyata keçirmək.
- Aylıq, rüblük və illik satış planlarını hazırlamaq və hədəflərə çatmaq üçün tədbirlər görmək.
- Bazar tələblərini və rəqabət mühitini təhlil etmək.
- Yeni bazar imkanlarını müəyyənləşdirmək və potensial müştəriləri araşdırmaq.
- Müştərilərə məhsul təqdimatları və nümunə göstərişləri keçirmək.
- Sərgilər, seminarlar və ticarət şoularında iştirak etmək və məhsulları tanıtmaq.
- Satış fəaliyyətləri haqqında mütəmadi olaraq hesabatlar hazırlamaq.
- Satış nəticələrini təhlil etmək və üst rəhbərliyə məlumat vermək.
- Müştəri şikayətlərini qəbul etmək və onların həlli üçün tədbirlər görmək.
- Satış performansını artırmaq üçün davamlı olaraq özünü inkişaf etdirmək.
Namizədə dair tələblər:
- Ali təhsil
- Yaş həddi 25+
- Rus və İngilis dillərini bilməsi üstünlükdür;
- Satış sahəsində minumum 3 il iş təcrübəsi
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi ”sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.