İş elanları 2025 -

Qiymətləndirmə və portfel analizi şöbəsinin baş mütəxəssisi - PASHA Life / PASHA Life

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

 

Anderraytinq və qiymətləndirmə departamenti/Qiymətləndirmə və portfel analizi şöbəsi

Son müraciət tarixi: 03 noyabr 2024-cü il

 

Vəzifə Öhdəlikləri:

  • Müvafiq sığorta məhsulları üzrə Cəmiyyətin tariflərini müəyyən etmək, sığorta və təkrarsığorta üzrə baza tariflərinin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
  • Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsində qabaqcıl təcrübənin öyrənilməsi və idarə edilməsi sahəsində təkliflərin hazırlanması;
  • Sığorta məhsulları portfelinin akkumulyasiya və diversifikasiya baxımından təhlili və zərərliliyinin qiymətləndirilməsi işinə başçılıq etmək;
  • Şöbədaxili riskləri müəyyən etmək, qiymətləndirmək və aradan qaldırmaq;
  • Sığortaçının könüllü sığorta sinifləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılması;
  • Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunması;
  • Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
  • Partnyor banklara və digər təşkilatlara qiymət təklifinin təqdim olunmasına nəzarət;
  • Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi metodologiyasının işlənib hazırlanması və təkliflərin verilməsi;
  • Müxtəlif sığorta məhsulları üzrə kalkulyatorların yaradılması və yenilənməsi işinə nəzarət;
  • Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanması və sistemə inteqrasiyasının təmin olunması;
  • Rəhbərlikdən gələn tapşırıqlara əsasən xüsusi təhlillərin və hesablamaların aparılması;
  • Mövcud məhsulların qiymətləndirilməsi ilə bağlı digər strukturlardan daxil olan sualların cavablandırılması;
  • Sığorta məhsullarının satışı üzrə mükafatlandırma metodologiyası üçün hesablamaların aparılması;
  • Aşkarlanmış audit faktlarının tədbirlər planının icra edilməsi;
  • Şirkət daxilində zərurət olduqda əməkdaşların məhsul biliklərinin artırılması məqsədi ilə təşkil olunan təlimlərin keçirilməsi;
  • Risk iştahası bəyannaməsində (RİB) qeyd edilən ölümün reallaşması üzrə metriklərin hesablamalarını (saya və məbləğə nəzərən) icra etmək və nəzarətdə saxlamaq

 

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Aktual sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur
  • Təhsili/ixtisası: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Kompüter elmləri, Aktuar elmləri ixtisaslar üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla , İngilis dili: orta
  • Üstünlüklər: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Aktuar üzrə magistr dərəcəsinin olması; Aktuar lisenziyasının olması; Beynəlxalq və yerli aktuar imtahanlarından uğurla keçməsi; SQL, R və Python proqramlaşdırma biliklərin olması; MS Excel-VBA (makros yazmaq) biliklərin olması
  • Kompüter bilikləri: MS Excel:əla , MSSQL(T-SQL):orta , MS Office:əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə.

 

İmtiyazlar

  • Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 


Paylaş