Valyuta ehtiyatlarının idarəedilməsi departamenti \ İnvestisiya uçotu və hesabatlılıq bölməsi \ Aparıcı mütəxəssis

21 Oct 2024

İş barədə məlumat

 

Vəzifənin funksiyaları:

  • Xarici maliyyə bazarlarında bağlanılmış əqdlər üzrə müxabirləşmələri Mərkəzi Bankın portfel idarəetmə sistemi vasitəsilə həyata keçirmək;
  • Gündəlik avtomatik uçot prosesi xaricində qalan əqdlər üzrə müxabirləşmələri Mərkəzi Bankın portfel idarəetmə sistemində həyata keçirmək;
  • Xarici valyutada olan maliyyə aktivlərinin gündəlik əsasda yenidən qiymətləndirməsini Mərkəzi Bankın portfel idarəetmə sistemi vasitəsilə həyata keçirmək;
  • Valyuta ehtiyatlarının idarə edilməsi ilə bağlı daxili sistemlər/mühasibat hesabları arasında tutuşdurma (rekonsiliasiya) aparmaq və yaranmış fərqlərin aradan qaldırılması istiqamətində işlər aparmaq;
  • Maliyyə idarəetməsi departamenti tərəfindən təqdim olunan maliyyə alətləri üzrə uçot sxemlərini Mərkəzi Bankın portfel idarəetmə sistemində tətbiq etmək;
  • Yeni uçot sxemləri üzrə mühasibat yazılışlarının aparılması üçün Mərkəzi Bankın portfel idarəetmə sistemində balans, gəlir və xərc hesablarını açmaq;
  • İnvestisiya mühasibatlığı ilə bağlı hesabatların əldə edilməsi və zərurət yarandıqda araşdırmaların aparılması məqsədilə kastodiana və xarici menecerlərə müraciət etmək;
  • Mərkəzi Bankın portfel idarəetmə sisteminin mühasibatlığı/uçotu sferası ilə bağlı həll olunması zəruri olan məsələlər olduqda dəstəkləyici şirkətə müraciət etmək və onların həllində iştirak etmək;
  • Departamentin rəhbərliyinin tapşırığına əsasən bölmənin fəaliyyət istiqaməti üzrə digər işləri icra etmək.

 

Davranış kompetensiyaları

  • Analitik təhlil etmə;
  • Stressə davamlılıq;
  • Təşəbbüskarlıq;
  • Təkmilləşməyə meyllilik;
  • Məsuliyyətlilik;
  • Stressə davamlılıq;
  • Ünsiyyətqurma bacarığı;
  • Vaxtın idarəedilməsi.

 

Texniki kompetensiyalar

  • Riyazi statistika və riyazi modelləşdirmə;
  • Makroiqtisadiyyat;
  • Ekonometrika;
  • Maliyyə sistemi, maliyyə bazarları və alətləri;
  • Sabit gəlirli qiymətli kağızlar bazarı;
  • İnvestisiya portfelinin idarə olunması;
  • Risklərin idarə edilməsi;
  • VBA Macros və ya Python və ya R.

Təcrübə

  • Maliyyə sektoru daxilində mühasibatlıq üzrə 2 il

Təhsil

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat)

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta səviyyədə)

Kompüter bacarıqları

  • MS Office proqramları (orta səviyyədə)

Sertifikasiya

  • Maliyyə-mühasibatlıq və ya müvafiq digər sertifkatlar arzuolunandır 

Son müraciət tarixi: 07.11.2024


Müraciət et