
Baş Layihə Rəhbəri - PASHA Bank / PASHA Bank
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
İş barədə məlumat
Təsvir:
- Bir və ya çoxsaylı biznes xəttini əhatə edən kompleks Biznes/İT təşəbbüsləri portfelinin idarə edilməsi;
- Strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər barədə şirkət səviyyəsində məlumatlılıq;
- Proqramın strateji məqsədlərin həyata keçirilməsinə uyğunlaşdırılması və onun birbaşa dəstəkləməsinin təmin edilməsi üçün çoxsaylı əlaqədar layihələrin bütün aspektlərinin idarə edilməsi;
- Təşəbbüslərin icrasının, proqramların/proqram elementlərinin və qrup fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi;
- Təşəbbüslərin icrasında boşluqların/ziddiyyətlərin müəyyənləşdirilməsi və Strateji İdarəetmə Komitəsinə şəffaf şəkildə təqdim olunmasının təmin edilməsi;
- İllik büdcə planlarının davamlı yenilənməsi prosesinə dəstək, mütəxəssis rəyinin təmin edilməsi, funksiyalararası müzakirələrdə iştirak;
- Proqramın müvəffəqiyyət meyarlarının nəticəsi, ölçü parametrləri, sınaq testlərinin idarə edilməsi fəaliyyətləri barədə hesabatların verilməsi;
- Proqram müddətində işin sahiblənilməsi (layihənin uğurla həyata keçirilməsinə başlanma tarixindən bir iri və ya eyni anda bir neçə kiçik təşəbbüsün tətbiqinə qədər tam icra edilmə daxildir.);
- Müvafiq əsas maraqlı tərəflərin qiymətləndirəcəyi texniki-iqtisadi əsaslandırmalarda, təchizatçı seçimlərində və təkliflərin verilməsində iştirak və ya yönləndirmə.
Tələblər:
- Təhsil: Maliyyə, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi)
- Tələb olunan iş təcrübəsi: müvafiq sahədə minimum 5 il
- Lisenziya / Sertifikat: PMI / PMP, Prince 2 sertifikatı
- Xarici dillər: İngilis (səlis), rus (səlis)
- Kompüter bilikləri: Microsoft Office, layihə idarəedilməsi üzrə proqramlar (məs. Jira.)
- Məhsul üzrə biliklər: biznes texnologiyalarında geniş təcrübə və maraq.
- Digər bacarıqlar: Maliyyə bilikləri, proqram təminatının yazılması prosesləri üzrə biliklər, İT arxitekturası və infrastrukturu barədə biliklər, şəxsi münasibətləri qurmaq və idarə etmək bacarığı, güclü ünsiyyət bacarıqları (yazılı və şifahi).