Müfəttiş

15 Oct 2024

İş barədə məlumat

 

Vəzifə: Müfəttiş, Daxili Audit Departamenti, Ümumi Audit Şöbəsi

Vəzifə öhdəlikləri:

  • Təsdiq olunmuş illik audit planına əsasən audit layihələrinin həyata keçirilməsində iştirak etmək;
  • Audit layihəsi çərçivəsində müəyyən olunmuş audit prosedurlarını icra etmək (biznes proseslərin sahibləri ilə müsahibələr aparmaq, məlumat toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında qrup rəhbərinə vaxtaşırı məlumat vermək;
  • Audit olunan strukturlar və biznes proseslər üzrə fəaliyyətin mövcud daxili qaydalara və bank qanunvericiliyinə uyğunluğunun qiymətləndirilməsi;
  • Audit olunan strukturlar və biznes proseslər üzrə fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi;
  • Audit fəaliyyəti ilə bağlı qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələrin həyata keçirilməsi.

 

Tələblər:

  • Əlavə İT biliklərinə (SQL, VBA və s.) malik, xarici audit şirkətlərində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
  • Audit üzrə yerli və beynəlxalq qanunvericilik, beynəlxalq audit standartları üzrə biliklər arzuolunandır.
  • Ali təhsil: İqtisadi

 

Üstünlüklər:

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

 


Müraciət et