
Kiçik Mühasib (Olivia) - Kontakt Home / Kontakt Home
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
İş barədə məlumat
Təsvir:
- Mühasibat uçotu müxabirləşmələri 1C proqramında yoxlanılması;
- Cash flow yığılması,Bank, kassa əməliyyatlarının mədaxili və məxaricinin 1C proqramında işlənilməsi;
- İşçilərin aylıq əmək haqlarını, mükafatlarını, məzuniyyət haqlarını, xəstəlik vərəqələri və son haqq-hesab ödənişlərini hesablanması;
- Qiymət razilasdirma protokulu ,təhvil-təslim aktlarının, hesab-fakturaların və müqavilələrin hazirlanması, elektron qaimələrin yazılması;
- Yerli alışların işlənilməsi, idxal üzrə əməliyyatların düzgün icra edilməsinin 1C proqramı üzərindən sənədlərlə yoxlanılması;
- Mal-material ehtiyatlarının mədaxil-məxaric edilməsinin, anbar qalığının yoxlanılması;
- Aylıq və gündəlik sərfiyyatların 1C proqramında işlənilməsi, işlənilmiş digər əməliyyatların yoxlanılması;
- Debitor və kreditor borc üzrə hesabatların hazırlanması,üzləşmə aktlarının tərtib edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlarının yerinə yetirilməsi
İş şəraiti:
- İş qrafiki: I-V günlər;
- İş saatları: 09:00-18:00
Tələblər:
- Ali təhsil (İqtisadiyyat,mühasibatlıq və maliyyə üzrə arzu olunandır);
- Müvafiq sahədə 1 il iş təcrübəsi;
- Microsoft Excel, Microsoft Word proqramları və 1C əməliyyat sistemində yaxşı işləmək bacarığı;
- Mühasibat sertifikatları ACCA F3 arzu olunandır;
- Dil bilikləri - Azərbaycan dili mükəmməl, ingilis dili və rus dili biliyi arzu olunandır;
- Öhdəsinə düşən əmək funksiyalarının vaxtında və operativ yerinə yetirmə bacarığı.