Project Assistant
14 Oct 2024İş barədə məlumat
Şirkətimiz çevik biznes həlləri təklif edən xidmətlər qrupudur. Biznesə vahid canlı orqanizm kimi yanaşaraq onun sağlam transformasiyası üçün individual həllərlə dəstək oluruq. İstiqamətimiz 3 hissəyə bölünür : Biznes və sosial tədqiqatlar, Biznes psixologiyası və Biznes təlimləri.
İş barədə məlumat
"Ask group" şirkəti 18-30 yaşlı şəxslər üçün "Project assistant " vakansiyası üzrə vakansiya elan edir. İşə alınma ilk ay üçün təcrübə əsaslı olacaq ( ödəniş qarşılanır ). Namizədin bacarıqlarına uyğun ödəniş razılaşdırılacaq və qarşılanacaqdır. Vakansiya üzrə görüləcək işlər aşağıdakı kimidir :
- E-mail marketinq üzrə işləmək
- Müştəri bazasının formalaşdırılması
- Həmin bazadakı müştərilərlə maillər üzərindən məlumatlandırma, tanışlıq maillərinin göndərilməsi və izlənilməsi
- Aparılan işlər barədə günlük hesabatın rəhbərliyə təqdim olunması
- Qoyulan deadline və tapşırıqların vaxtında icrası
Təcrübə proqramı yekunlaşdıqdan sonra namizəd şirkət tərəfindən sertifikat əldə edəcək. Namizədin göstəriciləri və iş effektivliyi yüksək olarsa, layihələrlə işləmək şansı yaradılacaq.
Namizədə tələblər:
- Yaş məhdudiyyəti -18-30 yaş
- Excel biliklərinin olması mütləqdir. Ən azı sadə əməliyyatları yerinə yetirməlidir.
- Aktiv və gülərüz olmaq ;
- İngilis və ya rus dili biliyi olması üstünlükdür
- İstiqaməti üzrə iş təcrübəsi üstünlükdür
Xahiş olunur əlaqədar şəxslər CV-lərini [email protected] ünvanına göndərsinlər. Əlaqə nömrəsinin yalnız Whatsapp aktivdir.