Korporativ kreditlərin təhlili şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi - ABB / ABB
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
İş barədə məlumat
Görəcəyiniz işlər:
- Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
- Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
- Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
- Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (Maliyyə, iqtisadi və mühasibatlıq sahələrində);
- Maliyyə təhlili, Korporativ kredit təhlili sahəsində 1-3 il iş təcrübəsi olan;
- CFA, FRM, ACCA üzrə biliklərə sahib olan;
- Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dili biliyi üstünlükdür;
- MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə qabiliyyəti olan;
- Analitik bacarıqlar, komandada işləmək, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı olan şəxsdir.