İş elanları 2025 -

Kredit mütəxəssisi - Emsan / Emsan

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

 

Öhdəliklər: 

  • Müştəriyə malların kreditlə satılması barədə ətraflı məlumat vermək;
  • Kredit müraciətlərinin qəbulu və analizi;
  • Kredit portfelinə nəzarət və idarə etmək;
  • Kreditlə satış üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;
  • Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək;
  • Kreditlə  satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumat vermək;
  • Gecikmədə olan müştərilərlə telefonla əlaqə yaradılaraq gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;
  • Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.

 

İş şəraiti:

  • · Əmək haqqı: 500 AZN + Bonus
  • · İş yeri: Sumqayıt şəhəri
  •   AR Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə

 

Namizədə tələblər:

  • Cinsi: Kişi
  • Yaş: 25 – 35 yaş arası
  • Təhsil: Ali təhsili
  • Azərbaycan dilini səlis bilməlidir
  • İş təcrübəsi: Kredit  mütəxəssisi üzrə azı 1 il iş stajı
  • MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti.
  • Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı
  • Ünsiyyəcil və yüksək danışıq qabiliyyəti
  • İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan

 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Kredit üzrə mütəxəssis" qeyd edərək şəkili CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz  xahiş olunur


Paylaş