VERGİ MƏSƏLƏLƏRİ ÜZRƏ TƏCRÜBƏÇİ
10 Oct 2024- SM Consulting MMC-də “Vergi məsələləri üzrə təcrübəçi” (Mühasib təcrübəçi) vakansiyası aktivdir.
- "SM Consulting" MMC 2014-cü ildən fəaliyyət göstərir. Hüquqi və fiziki şəxslərə vergi, mühasibatlıq, kadrlar işinin təşkili, audit və s. xidmətlər təklif edir, həmçinin vergi və əmək qanunvericiliyi üzrə təlimlər təşkil edir.
- Şirkətin işəqəbul prosesində diqqət etdiyi əsas məsələlərdən biri də karyerasını bu sahədə qurmaq istəyən, təcrübəsiz kadrların iş prosesinə cəlb edilməsi, inkişafına dəstək göstərilməsi və gələcəkdə əmək bazarına ixtisaslı kadrların qazandırılmasıdır.
- İş qrafiki: 5 gün tam (şənbə günü yarım gün)
- Əmək haqqı: 300 azn
- Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küç, Aynalı Plaza 2-ci mərtəbə.
Müraciət edəcək namizədlərdən gözləntilərimiz:
- Yaş həddi 20 – 26 aralığı
- Universiteti bitirmiş
- İqtisadi yönümlü ali təhsil
- Kompüter biliklərinin yüksək səviyyədə olması
- Excel və Word proqramlarında işləmə bacarığı
- AR Vergi Məcəlləsindən nəzəri biliklər arzuolunandır
- Komanda ilə çalışa bilmə, ünsiyyət qurma bacarığı.
Uyğun namizədlər CV-lərini “Vergi məsələləri üzrə təcrübəçi” başlığı qeyd etməklə [email protected], [email protected] ünvanına göndərə bilərlər/