Borcların ilkin təqibi üzrə kiçik mütəxəssis
09 Oct 2024İş barədə məlumat
Vəzifə öhdəlikləri:
- Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlər görmək;
- İcraatında olan kredit portfellərinə nəzarət etmək;
- Gecikmiş ödənişlərə görə borclulara zəng etmək, gecikmə səbəblərini araşdırmaq və ödənişlərin təmin olunması üçün tədbirlər görmək;
- Borcluların ödənişlərinin hesabatını hazırlamaq;
- Vaxtı ötmüş borclarla effektiv iş aparmaq;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq icra etmək;
- Gündəlik fəaliyyətlə bağlı rəhbərliyə hesabat vermək.
Vakant vəzifə üzrə tələblər:
- Yaş həddi: 21-30;
- Ali təhsil;
- Yeni məzunlar və ya 1 ilədək müvafiq iş təcrübəsi olanlar;
- Office proqramlarında işləmə bacarığı;
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti, rus və ingilis dili biliyi arzuolunandır;
- Yüksək ünsiyyət və komanda ilə işləmək bacarıqları;
- Müştərilərlə davranış etikası;
- Məsuliyyət, düzgünlük və etibarlılıq;
- Bank və ya qeyri-bank sektorunda kredit və ya call center sahəsində təcrübəsi olanlara üstünlük verilir.
İş Şəraiti:
- Əmək haqqı: 345 AZN + bonus (1000 AZN və daha çox);
- İş qrafiki: Həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- Şənbə və bazar istirahət günləri;
- Nahar fasiləsi: 13:00 – 14:00.
Təklif olunanlar:
- AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Rahat ofis şəraiti;
- Əmək haqqına bonus və mükafatlar;
- İş ilindən sonra vəzifə və maaş artımı;
- Korporativ nömrə ilə təmin edilmə;
- Rəsmi bayram günlərində istirahət;
- Karyera və inkişaf perspektivləri;
- Potensialınızı reallaşdırma imkanı.
Maraqlanan şəxslər CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq "Problemli Kreditlər üzrə Mütəxəssis" vəzifəsi qeyd olunmalıdır.
Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç. 36D Telefon: (012) 310 39 21