SATIŞ ÜZRƏ MÜTƏXƏSSİS
09 Oct 2024- Sona qədər oxuduqdan sonra müraciət etməyiniz xahiş olunur.
- Potensial müştəriləri təyin etmək və görüş saatları (randevü) almaq
- Təsdiqlənmiş potensial müştərilərə təqdimat həyata keçirmək
- Təqdimatı izləyən müştəri rəylərini sinifləndirmək və qeydiyyat aparmaq
- Təqdimatlar barədə hesabat tərtib etmək
- Nahar təmin olunur
- İş saatı: 12:00-dan 20:00-dək
- İş qrafiki: 6 iş günü
- Əmək haqqı: 1600 azn
- Effektivliyə görə əlavə bonuslar mövcuddur.
- Yaş: 22-40
- Yeni insanlarla rahat ünsiyyətə girə bilən
- Mövzuya aid doğru suallar verə bilən
- Müştəri ehtiyaclarını müəyyən edə bilən
- Müştəri etirazlarını rahatlıqla qəbul edən
- “Yox” cavabını aldıqda, səbəbini anlayıb yenidən davam edə bilən
- Müştəri təzyiqi ilə qarşılaşdığı halda, müştəriyə “baş üstə” deməyə davam edə bilən
- Müştəri kobudluğu qarşısında vəziyyəti idarə edib, öz lehinə çevirə bilən
- Müştəri rədd cavabı verdikdə onu haqsız çıxarmağa çalışmayan
- Müştərini inandırmağa, danışaraq deyil, dinləməklə başlayan
- Nəticə almadıqda ruhdan düşməyən
- Duyğusal zəkasını aktiv işlədə bilən
- İlk olaraq öz ehtiyaclarını deyil, müştərinin ehtiyaclarını vacib sayan
- Uğur və uğursuzluq arasında fərqi ayıra bilən
- Satış elmini dərindən öyrənməyə hazır olan
- Satış təlimlərində iştirak etməyə həvəsli olan
Mürəciətlərin (CV) [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur.