
Pretenziya işi və müştəri məlumatlarının təhlili şöbəsinin mütəxəssisi - VTB Bank / VTB Bank
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
İş barədə məlumat
Təsvir:
- Müştəri müraciətlərinin emalı, o cümlədən dövlət və nəzarət orqanlarından, habelə müştərilərlə bağlı digər şirkətlərdən gələn sorğuların cavablandırılması;
- Müştərilərin bütün şifahi və yazılı sorğularının toplanması və işlənməsi, səlahiyyətlər daxilində onlara cavab verilməsi;
- Müştərilərin hüquq və vəzifələrini izah edən sənədlərin yaradılması və Banka müraciətlərin işlənməsi prosesində iştirak;
- Müştərilərin müraciətlərinin müvafiq reyestrdə qeydiyyatı;
- Bankın müştərilərinin kredit dosyelərinin arxivə təhvil verilməzdən əvvəl mərkəzləşdirilmiş qaydada saxlanması.
Tələblər:
- Ali təhsil;
- Microsoft Office (Word, Excel, PowerPoint) proqramlarında mükəmməl işləmə bacarığı;
- Sənədləri təşkil etmək, sistemləşdirmək və arxiv saxlamaq bacarığı;
- Rus dilində sərbəst danışıq (İngilis dili arzuolunandır).