İş elanları 2025 -
P

KORPORATİV SATIŞ MENECER - Proline Chemicals MMC / Proline Chemicals MMC

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

- Otel, restoran, ketrinq firmaları, xəstəxana, iş mərkəzləri, ticarət mərkəzləri və s. obyektlərə peşəkar yuyucu vasitələr tanıtımını və aktiv satışını həyata keçirmək
- Avtoyuma məntəqələri, kimyəvi təmizləmə məntəqələri, avtomobillərə texniki xidmət stansiyaları, avtomobil parkları olan müəssisələr və daşınma şirkətlərində avtoyuma vasitələrinin və avtokosmetikanın təqdimatını və aktiv satışını həyata keçirmək
- Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi
- Şirkət tərəfindən müəyyən edilmiş korporativ satış planını həyata keçirmək
- Yeni məhsul müştərilərə tanıtmaq;
- 5 günlük iş həftəsi, iş vaxtı: 09:00-dan - 18:00-dək
- Əmək Haqqı: 800-1200 AZN + bonus

Namizədə tələblər

- Şəxsi avtomobilin olması
- Yaş həddi 22- 45 arası
- Azərbaycan dilini səlis bilməli (rus dili arzuolunandır)
- CRM proqramı ilə işləmə bacarığı
- HoReCa, Səhiyyə və s digər satış sahələrində yüksək bilik və bacarıqları olması üstünlükdür
- Yüksək kommunikasiya və satış bacarığı olmalı

Uyğun namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər, mövzu yerində vakansiya adını qeyd etməyi unutmayın

Paylaş