Incoming manager

08 Oct 2024

İş barədə məlumat

 

“Suntour Azerbaijan DMC” şirkətinə “İncoming Manager” tələb olunur:

 

Öhdəliklər:

  • Daxili turların hazırlanması, fərdi və qrup turların təşkili;
  • Xarici və daxili partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq;
  • Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
  • Həftəlik və aylıq satış hesabatlarının hazırlanıb rəhbərliyə təqdim edilməsi;
  • Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması.

 

NAMİZƏDƏ TƏLƏBLƏR:

 

 

  • Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək (rus dili arzuolunandır);
  • Kompüter proqramlarında işləmək bacarığına malik olmaq (MS Office, MS Outlook və s.);
  • Səlis və işgüzar danışıq bacarığına malik olmaq;
  • Yüksək ünsiyyət qurma bacarığına malik olmaq;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq.

 

Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq. 

Maraqlananlar [email protected] ünvanına CV göndərə bilər.



Daha çox Turizm və mehmanxana işi vakansiyaları isbu.az-da - Axtardığın işbu!

Müraciət et