Montajçı
03 Oct 2024İş barədə məlumat
Vəzifə öhdəlikləri:
- Fiber-optik kabellərin çəkilməsi və qaynaq olunması
- Data və elektrik kabellərinin qapalı məkan və ya ərazidə montajı
- Nəzarət sistemlərinin (kamera, şlaqbaum, giriş-çıxışa nəzarət sistemləri) montajı
- Şəbəkə kabellərinin test edilməsi
- Səs və TV sistemlərinin kabelləşməsi və montajı
- Elektrik avadanlıqlarının montajı və demontajı
- Lokal şəbəkə kabellərinin kanal və suvaqaltı çəkilişi, montajı və sonlandırılması
- Yoxlamalar zamanı aşkar edilmiş nöqsanların öyrənilməsi və təmir işlərinin aparılması
Namizədə tələblər:
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını bilməli
- Şəbəkə, kabel və kamera nəzarət sistemləri barədə texniki biliklər
- Operativ və nəticəyönümlü olmaq
- Yüksəklikdə işləmə bacarığı
- Ezamiyyət üçün açıq olmaq
İş barədə məlumat:
- Rəsmi əmək müqaviləsi
- Korporativ nömrə
- Həftəlik 40 saatdan çox olmamaqla 6 günlük iş qrafiki
Maraqlanan namizədlər CV-lərini "Montajçı" başlığı ilə [email protected] elektron ünvanına göndərə bilərlər.
Daha çox Digər vakansiyaları isbu.az-da - Axtardığın işbu!