NON-CCTV kiçik mütəxəssis / mütəxəssis (İT üzrə)
15 Nov 2024İş barədə məlumat
Vəzifə öhdəlikləri:
- Avadanlıqların diaqnostikası, avadanlıq qutularının açılması, avadanlıqların və ana plataların fiziki zədələnmələrinin müəyyən edilməsi
- Proqram parametrlərinin müəyyən edilməsi və qüsurların aradan qaldırılması; Lan portları vasitəsilə hardware proqram parollarının sıfırlanması, e-poçt vasitəsilə texniki dəstək sorğularının cavablandırılması
- Anbarda nasaz avadanlığın ehtiyat hissələrinin dəyişdirilməsi və yığılması
- PC vasitəsilə uzaqdan texniki dəstək, avadanlığın qurulması və proqram təminatının yenilənməsi
- Parolların sıfırlanması, modem və marşrutlaşdırıcılarda port yönləndirilməsi
- Access control avadanlıqlarının (fingerprint, domofon, üz tanıma, turniket, siqnalizasiya, şlaqbaum nəzarət sistemləri) texniki və proqram təminatını müştərilərə izah etmək, lazım olduqda yerində və ya uzaqdan dəstək göstərmək, seminar keçmək
- Sifarişçilərə baş çəkmək, avadanlığın fiziki və proqram səviyyəsində sınaqdan keçirilməsi, qoşulmuş birləşdiricilərin və kabellərin yoxlanılması
Tələb olunan biliklər:
- WindowsXP/7/10, Windows Server (2008, 2012, 2016, 2019) əməliyyat sistemləri
- Microsoft Office (2010, 2013, 2016); kompüter və şəbəkə sistemlərində yeni sistemlər qurmaq bacarığı
- Active Directory, DNS, DHCP, RDS
- Təhlükəsizlik sistemləri və virtuallaşma (Hyper-V, VMware)
- SQL verilənlər bazasında işləmə bacarığı
- OpenVPN (Spark)
- TCP/IP, VPN, routing və forwarding
Namizədə tələblər:
- Yaş: 30-40
- Ən az 1-2 il İT mütəxəssisi üzrə iş təcrübəsi
- Korporativ ünsiyyət bacarıqları və komandada işləmə bacarığı
- Problem həll etmə bacarığı
- Rus və ya İngilis dili biliyi
İş qrafiki: 6 günlük
Əmək haqqı: 700+ AZN
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron ünvanına "NON-CCTV kiçik mütəxəssis / mütəxəssis" başlığını qeyd edərək göndərə bilərlər.