Satışa Dəstək Layihələri üzrə Mütəxəssis

02 Oct 2024

İş barədə məlumat

 

Tələblər:

  • Yalnız kişi namizədlər;
  • Ali təhsil (Marketinq, İqtisadiyyat və ya Biznes İdarəçiliyi);
  • Yaş həddi: 22-35;
  • Rus və İngilis dili biliklərinin ən azı orta səviyyədə olması arzuolunandır;
  • Satış və marketinq sahəsində ən azı 2 illik təcrübə;
  • Yaradıcı düşüncə və yeni ideyalar təklif etmə bacarığı;
  • Loyallıq proqramları vasitəsi ilə satışın artırılması bacarığı;
  • Araşdırma, yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarığı;
  • Məqsədyönlü, məsuliyyətli, düzgün və etibarlı olmaq.

 

İş öhdəlikləri:

  • Aksiyalar və təkliflərin hazırlanması: Satışları və müştəri sədaqətini artırmaq üçün loyallıq proqramları çərçivəsində aksiyaların yaradılması və həyata keçirilməsi.
  • Aksiyaların monitorinqi: Mövcud aksiyaların effektivliyinin izlənməsi və təhlili, onların satışlara və müştəri fəallığına təsirinin qiymətləndirilməsi.
  • Bazarın təhlili: Rəqiblərin təkliflərinin və bazar vəziyyətinin araşdırılması, cəlbedici layihələrin hazırlanması.
  • Marketinq və Rəqəmsal Loyallıq şöbəsi ilə əməkdaşlıq: Aksiyaların təşviqi üçün müvafiq şöbələrə planlama və material təmin edilməsi.
  • Tərəfdaşlarla iş: Birgə aksiyalar və təkliflər yaratmaq üçün loyallıq proqramı tərəfdaşları ilə əməkdaşlıq.
  • Analitika və hesabatlılıq: Aksiyaların nəticələrinə dair hesabatların hazırlanması və təkliflərin verilməsi.

 

İş şəraiti:

  • Öyrədici və inkişafyönümlü iş mühiti;
  • Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
  • İş vaxtı: Həftədə 6 gün.

Müraciət et