Vergilər üzrə mütəxəssis\məsləhətçi

01 Oct 2024

İş barədə məlumat

 

Əsas vəzifə öhdəlikləri:

 

  • Şirkət tərəfindən həyata keçirilən maliyyə-təsərrüfat əməliyyatlarının düzgün vergi uçotunda əks olunmasını təmin etmək;
  • Ödənişlərin köçürmə sənədlərinin vergi uçotuna əsasən tərtib edilməsinə nəzarət etmək;
  • Vergi və mühasibat hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə müvafiq orqanlara təqdim edilməsi;
  • Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət kimi vergi hesabatlarının, DSMF və Statistika hesabatlarının hazırlanması;
  • Şəxsi hesab vərəqələrinin gündəlik təqibi;
  • Vergi orqanları ilə kameral uyğunsuzluqların araşdırılması və uyğunsuzluqlar üzrə cavabların hazırlanması;
  • Vergi orqanları ilə görüşlərdə iştirak etmək və yazışmalar aparmaq;
  • Gəlir və xərclərin uçotunu vergi tutma məqsədi ilə aparmaq;
  • Əsas vəsaitlərin qanunvericiliyə uyğun olaraq amortizasiya və təmir xərclərini yoxlamaq;
  • Debitor və kreditor borclarının, xərclərin, əsas vəsaitlərin uçotunu, vergi uçotuna uyğunluğunu təmin etmək və nəzarət etmək.

 

Tələblər:

 

  • İqtisad, Maliyyə, Vergi ixtisasları üzrə ali təhsil;
  • Mühasibatlıq, Vergi və Maliyyə uçotu bilikləri;
  • Vergi işlərinin aparılması üzrə 3-5 il iş təcrübəsi;
  • Vergi qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər.

Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-ni mövzu bölümündə Vergilər üzrə mütəxəssis\məsləhətçi qeyd etməklə [email protected] , elektron ünvanına göndərə bilərlər.



Daha çox Menecment vakansiyaları isbu.az-da - Axtardığın işbu!

Müraciət et