Rezervasiya üzrə agent
15 Nov 2024İş barədə məlumat
İş yeri: Holiday Inn Baku Hotel
Ünvan: Kövkəb xanım Səfərəliyeva küçəsi, 5
Vəzifə adı: Rezervasiya üzrə agent
Müvafiq bölmə: Satış və Marketinq department / Rezervasiya və Gəlirlərin idarəolunması şöbəsi
İş qrafiki: Növbəli iş qrafiki, həftədə 2 gün istirahət
Vəzifə öhdəlikləri:
- Qonaqların rezervasiya sorğularını telefon, e-mail və rezervasiya kanalları vasitəsilə qəbul etmək
- Rezervasiya zamanı qonaqlara otelin əsas və əlavə xidmətləri barədə dolğun və aktual məlumat vermək
- Rezervasiya məlumatlarını düzgün şəkildə “Hotel PMS” (Property Management System) sisteminə qeyd etmək
- Qonaqların məlumatlarının, otaq seçimlərinin və xüsusi tələblərinin zəruri şöbələrə çatdırılmasını təmin etmək
- Rezervasiyaları otel fəaliyyətinə və doluluğa uyğun təsdiq etmək, zəruri hallarda dəyişikliklər və ləğv prosedurlarını icra etmək
- Rezervasiyalarla bağlı qonaqların şikayət və problemlərini gecikmədən, nəzakətli və peşəkar şəkildə həll etmək
Namizədə dair tələblər:
- Azərbaycan və İngilis dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı
- Qonaqpərvərlik sənayesində iş və ya könüllülük təcrübəsi arzuolunandır
- Ofis proqramlarında sərbəst işləmə bacarığı
- OPERA PMS üzərində işləmə bacarığının olması üstünlükdür
- Yüksək səviyyədə ünsiyyət bacarığı
Şirkət tərəfindən təminatlar:
- AR Əmək qanunvericiliyinə görə rəsmiləşdirmə
- Qidalanmanın şirkət tərəfindən qarşılanması
- Peşə və digər biliklərin artırılması üçün təlim proqramları
Uyğun namizədlər öz “CV/Resume”-lərini mövzu hissədə “Rezervasiya üzrə agent” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Daha çox Turizm və mehmanxana işi vakansiyaları isbu.az-da - Axtardığın işbu!