İş elanları 2025 -

Partnyorlarla iş şöbəsinə mütəxəssis - Bank Respublika ASC / Bank Respublika ASC

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

 

Təsvir:

 

  • Bankın potensial partnyoru ola biləcək mağaza və şirkətlərin bazar araşdırması və əməkdaşlığa cəlb olunması.
  • Potensial partnyorun axtarışı və cəlb edilməsi, əməkdaşlığın yaradılması və dəstəyi.
  • Mövcud layihələr üzrə tərəfdaşlığa cəlb olunmuş partnyorun bankla əməkdaşlıq müddəti ərzində yaranmış çətinliklərin aradan qaldırılması.
  • Partnyorların işinin təhlili və mütəmadi monitorinqi.
  • Partnyorlar tərəfindən müraciətlərin qəbulu və icrası üzrə aidiyyəti departamentlərlə işin qurulması.
  • Mövcud partnyorlarla satışın artırılması və işlərin optimallaşdırılması üzrə təkliflərin verilməsi.
  • Şöbənin funksiyasından irəli gələn digər tapşırıqların icra edilməsi.

 

Tələblər:

 

  • Ali təhsil.
  • Sahə üzrə ən azı 1 illik iş təcrübəsi.
  • Əla səviyyədə Azərbaycan və rus dili biliyi (ingilis dili arzuolunandır).
  • Kompüterdən istifadə bacarığı (MS Office proqramları).
  • Ünsiyyət qurmaq və cəlb etmə bacarığı.

Paylaş