Kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinin mütəxəssis - ABB / ABB
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
İş barədə məlumat
Görəcəyiniz işlər:
- KOS müştərilərin Banka cəlbini və məhsul satışını həyata keçirmək;
- KOS subyekti olan müştərilər üzrə əməliyyat sorğularını lazımi struktur orqanlarla əlaqələndirmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
- Kredit sifarişi üzrə təhlil prosesində məlumatların yığılmasında iştirak etmək;
- KOS subyekti olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;
- KOS subyekti olan müştərilər üzrə ilkin sənəd dövriyyəsini həyata keçirmək;
- Mövcud müştəri portfeli üzrə əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
Bizim üçün uyğun namizəd:
- Ali iqtisadi təhsili olan;
- Satış üzrə 1-3 il iş təcrübəsinə;
- Azərbaycan dilini səlis bilənə;
- Yüksək səviyyədə ünsiyyət qurma bacarığı olan;
- Yüksək səviyyədə satıcılıq xüsusiyyətlərinə sahib olan şəxsdir.