Aparatın işinin təşkili və icrasına nəzarət şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi - ABB / ABB
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
İş barədə məlumat
Görəcəyiniz Işlər
- Bankın idarəetmə orqanları və daxili komitələrinin iclaslarını təşkil etmək;
- Bankın idarəetmə orqanları və daxili komitələrinin iclaslarında katiblik funksiyasını icra etmək, həmin iclasların protokollarını hazırlamaq;
- Bankın idarəetmə orqanları və daxili komitələri tərəfindən qəbul edilmiş qərarların layihələrini Bankın aidiyyəti struktur bölmələri ilə birgə hazırlamaq;
- Bankın idarəetmə orqanları və daxili komitələri tərəfindən qəbul edilmiş qərarların uçotunu aparmaq, onları saxlamaq və Bankın aidiyyəti struktur bölmələrinə çatdırmaq.
Bizim Üçün Uyğun Namizəd:
- Hüquq və ya iqtisadi sahə üzrə ali təhsilə;
- Azərbaycan dilində yüksək səviyyədə yazma qabiliyyətinə;
- Mükəmməl səviyyədə MS Office (PowerPoint, Excel, Word) proqramları ilə işləmək bacarığına;
- Minimum 1 il iş təcrübəsinə;
- Konfidensial məlumatlarla və stress altında işləmək bacarığına sahib olan şəxsdir.