
Aktivlərin Idarəedilməsi və Investisiya Xidmətləri üzrə Baş Məsləhətçi - PASHA Bank / PASHA Bank
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
İş barədə məlumat
Təsvir:
- Risk profilləri üzrə anketin, həmçinin intervyu prosedur və qaydalarının təkmilləşdirilməsi;
- Müştərilərlə görüşlərin keçirilməsi, risk profillərinin təyini, intervyu nəticələri əsasında müştərinin çatmaq istədiyi maliyyə hədəflərinin müəyyən edilməsi;
- Müəyyən edilmiş risk profili və maliyyə hədəflərinə uyğun investisiya strategiyasının formalaşdırılması və investisiya alətlərinin köməyi ilə aktivlərin bölgüsünün aparılması və yerləşdirilməsi üzrə maliyyə məsləhətinin verilməsi;
- İnvestisiya siyasəti bəyannaməsinin tərtibi və onun Müştəri Meneceri, broker və Bankın Risklərin İdarəedilməsi departamenti arasında qüvvədə olan prosedurlara əsasən mübadiləsi;
- Müştəri portfellərinin icrasına nəzarət edilməsi, icranın yekunlaşdırılması və hesabatlılığın təmin edilməsi istiqamətində müvafiq proseslər daxilində əlaqədar struktur bölmələrlə münasibətlərin qurulması;
- Müştəri Meneceri və müştərilərlə treyninqlərin təşkili, yeni məhsullar haqqında təqdimat və seminarların həyata keçirilməsi;
- Sərvətin planlanması;
- İnvestisiya portfellərinin (model, özəl hazırlanmış və digər) və statistik məlumatların müntəzəm olaraq izlənməsi, əlaqədar tərəflər arasında mübadiləsinin təmin edilməsi;
- Portfellərin yenidən balanslaşdırılması və müştərilərin məlumatlandırılması.
Tələblər:
- Təhsil: Maliyyə və ya iqtisadiyyat ixtisası üzrə Ali təhsil;
- Tələb olunan iş təcrübəsi: 3-5 (üç-beş) il;
- Sertifikatlar: CFA 2 və ya CFA 3;
- Xarici dillər: İngilis və rus;
- Kompüter bilikləri: Microsoft Office, Bloomberg;
- Məhsul üzrə biliklər: Bank məhsulları, özəl bankçılıq, investisiya məhsulları, portfel idarəçiliyi;
- Bazar üzrə biliklər: Maliyyə bazarları, makro iqtisadiyyat və maliyyə təhlili;
- Digər tələblər: İnvestisiya strategiyaları və risklər üzrə biliklərin olması, güclü problem həlletmə və analitik bacarıqlarının