İş elanları 2025 -

PL/TMM və Komplayens departamentinin kiçik mütəxəssis və mütəxəssisi - Bank Respublika ASC / Bank Respublika ASC

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

 

Təsvir:

 

  • Müştəri profilinin yaradılması zamanı Öz Müştərini Tanı (KYC) prosedurlarının düzgün tətbiq olunmasına nəzarət edilməsi; 
  • PL/TMM proqram təminatında müştəri profilinin sanksiya siyahıları ilə uyğunluq dərəcəsinin araşdırılması, eyniləşdirmə/verifikasiya tədbirlərinin tətbiq edilməsi;
  • Maliyyə Monitorinq Xidmətinə gündəlik əsasda hesabatların hazırlanması;
  • PL/TMM və Komplayens departamentinin fəaliyyəti ilə əlaqəli filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi; 
  • Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM və Komplayens departamentinə daxil olan sorğuların araşdırılması və cavablandırılması.

 

Tələblər:

 

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat üzrə təhsil); 
  • Bank sahəsində ən azı 1-2 illik iş təcrübəsi (əməliyyat sahəsi üçün ən azı 6 aylıq iş təcrübəsi arzuolunandır); 
  • Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - orta səviyyədə;
  • Kompüter bilikləri: Microsoft Office Word, Excel - orta səviyyədə; (Microsoft Power BI arzuolunandır);
  • Öyrənmə bacarığı;
  • Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətlilik. 

 

 


Paylaş