MİDDLE BACKEND (NODE.JS) PROQRAMÇI
17 Sep 2024- Qrup rəhbəri tərəfindən verilmiş tapşırıqları dəqiq və vaxtında yerinə yetirilməlidir
- Mövcud proyektlərə əlavə modulların yazılması və texniki dəstəyin göstərilməsi
- Yeni veb proqramların hazırlanması
- Hazır veb proqramlarda çıxan problemləri aradan qaldırılması
- Backendin və frontendin yazılması və mövcud proyektlərin üzərində işlənməsi
- Həftə içi 5 iş günü, Flexible Hours (1 saat nahar fasiləsi)
- Əmək müqaviləsi bağlanır
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək
- Ünvan: Sport Plaza, ERAsoft MMC
- Node.js üzrə təcrübə: Ən azı 2-3 il müddətində Node.js ilə backend inkişafı sahəsində iş təcrübəsi.
- Express.js və ya digər frameworklər üzrə biliklər: Express.js və ya Koa kimi Node.js frameworkləri ilə işləmə bacarığı.
- JavaScript və ya TypeScript üzrə biliklər: ES6 və daha yuxarı versiyalarla tanışlıq; TypeScript ilə işləmə təcrübəsi üstünlük sayılır.
- RESTful API-lərin yaradılması və inteqrasiyası: RESTful servislərin layihələndirilməsi və inkişafı üzrə təcrübə.
- Verilənlər Bazasının İdarəetmə Sistemləri (DBMS): SQL (MySQL, PostgreSQL) və NoSQL (MongoDB) bazaları ilə işləmə təcrübəsi.
- Authentication və Authorization: JWT, OAuth, Passport.js kimi autentifikasiya və avtorizasiya metodları və alətləri üzrə təcrübə.
- Version Control: Git kimi versiya idarəetmə sistemləri ilə təcrübə.
- Testlər: Unit testlər və inteqrasiya testləri üçün jest, Mocha, Chai kimi alətlərlə işləmə təcrübəsi.
Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail ünvanına göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Middle Backend (Node.js) Developer” qeyd etməyi unutmayın.