İş elanları 2025 -

İnformasiya Texnologiyaları Təhlükəsizliyinin İdarəolunması Şöbəsinin Baş Mütəxəssisi - Kapital Bank / Kapital Bank

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

Öhdəliklər:

 

  • Bankın şəbəkə infrastrukturunun təhlükəsizliyinin təmin olunması;
  • Şəbəkə təhlükəsizliyi avadanlıqlarının və sistemlərinin sazlanması və idarə olunması;
  • Şəbəkə təhlükəsziliyinə dair sənədləşmə və sənədlərin yenilənməsi;
  • Bankın şəbəkə təhlükəsizliyi avadanlıqlarında və sistemlərində optimizasiya işlərinin aparılması;
  • Bankın şəbəkə infrastrukturunda yaranan boşluqların aradan qaldırılmasının planlaşdırılması və həyata keçirilməsi;
  • Yeni qurulacaq sistemlərin POC mərhələsinin həyata keçirilməsi;
  • Bankın şəbəkə təhlükəsizliyi sistemlərinin miqrasiyasının planlaşdırılması və həyata keçirilməsi;
  • Bankın ehtiyyat məlumat mərkəzində yerləşən şəbəkə təhlükəsizliyi sistemlərinin son dəyişikliklərə uyğun sazlanmasının planlaşdırılması və həyata keçirilməsi;
  • Şəbəkə təhlükəsizliyinin qorunması məqsədi ilə bankın proyeklərində iştirak etmək.

 

Tələblər:

 

  • İnformasiya Texnoloqiyaları və ya İnformasiya Təhlükəsizliyi üzrə ali təhsil
  • Şəbəkə inzibatçılığı və ya şəbəkə təhlükəsizliyi üzrə ən azı 6 il iş təcrübəsi
  • İnformasiya Təhlükəsizliyi üzrə beynalxalq standartlar barədə məlumatlı olmaq
  • Yeni nəsil firewall-larla iş təcrübəsi
  • IPS/IDS texnoloqiyaları ilə iş təcrübəsi
  • Cisco ISE ilə iş təcrübəsi
  • VPN texnoloqiyaları ilə iş təcrübəsi (IPsec, RA VPN)
  • Routing protokolları ilə iş təcrübəsi (BGP, OSPF)
  • Layer 2 təhlükəsizliyi ilə iş təcrübəsi
  • Simsiz şəbəkələr ilə iş tacrübəsi (Cisco WLC)
  • Web Application Firewall-larla iş təcrübəsi
  • SD-WAN, SDA texnoloqiyaları barədə məlumatlı olmaq
  • DLP, Mail Security, MDM, XDR texnoloqiyalar barədə məlumatlı olmaq
  • CCNP R/S və ya ekvivalent biliyin olması mütləqdir
  • SCOR və ya ekvivalent biliyin olması mütləqdir
  • PCNSE və ya ekvivalent biliyin olması mütləqdir

 

 


Paylaş