İş elanları 2025 -

İnformasiya Texnologiyaları Təhlükəsizliyinin İdarəolunması Şöbəsinin Baş Mütəxəssisi - Kapital Bank / Kapital Bank

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

Öhdəliklər:

 

  • İnformasiya təhlükəsizliyi sistemlərinin qurulması, sazlanması və monitorinqi;
  • Son istifadəçi kompüterlərinin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq həllərin tətbiq olunması;
  • Məlumat sızmasının qarşısının alınması sistemlərinin (DLP) sazlanması və idarəedilməsi;
  • Sistemlərin daimi monitorinqi, konfiqurasiya səhvləri və boşluqalrın tapılaraq hesabatın verilməsi;
  • Təhlükəsizlik pozuntuları və insidentləri üzrə araşdırma aparılması prosesinə dəstək olmaq;
  • E-mail təhlükəsizliyinin sistemlərinin qurulması və konfiqurasiyası;
  • Windows, Unix/Linux, Virtual mühitlərin mütəmadi yoxlanılması;
  • Sistem təhlükəsizliyi avadanlıqlarının konfiqurasiya və monitorinq olunması;
  • İT infrastrukturda tətbiq olunan həllər üçün təhlükəsizlik tələblərinin təyin olunması.

 

Tələblər:

 

  • Təşkilatın İT istifadəçiləri üçün təhlükəsizlik siyasətlərinin tətbiqi;
  • Sistem performası və əlçatanlığının ölçülməsi bacarıqları;
  • Sistemlərin performans yüksəldilməsi, təhlükəsizlik həllərinin və texnologiyaların sazlanması;
  • Sistem\Server performanslarının monitorinqi və performans optimizasiya təkliflərinin verilməsi;
  • Əməliyyat Sistemlərinin idarə edilməsi bacarıqları;
  • Virtualizasiya texnologiyaları və virtual mühitin idarə olunması və texniki xidmət bilikləri;
  • Sistemlərin idarə olunması, əməliyyat sistemləri təhlükəsizliyinin bərkidilməsi (hardening) bacarıqları;
  • Sistem performansı və təhlükəsizliyinə təsir edən problemlərin araşdırılması və aradan qaldırılması bacarıqları.

Paylaş