İş elanları 2025 -

İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi - Xalq Bank / Xalq Bank

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

Təsvir:

  • AR qanunvericiliyinin tələblərinə əsasən işçilərin işə qəbulu, azad olması, başqa vəzifəyə keçirilməsinin rəsmiləşdirilməsi
  • AR qanunvericiliyinin tələblərinə əsasən məzuniyyət, ezamiyyət və digər işdə olmama hallarının rəsmiləşdirilməsi
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması
  • Əmək müqavilələri, onlara əlavə və dəyişikliklərin edilməsi və onların müvafiq qaydada elektron hökumət portalında işlənməsi
  • Əmək müqaviləsinin xitam verilməsinin rəsmiləşdirilməsi və müvafiq qaydada elektron hökumət portalında işlənməsi
  • İşçilərin əmək və icra intizamının pozulması ilə bağlı müvafiq tədbirləri rəsmiləşdirmək
  • Əmək intizamının monitorinqini həyata keçirmək, bankın buraxılış nəzarət sistemi vasitəsilə alınan hesabatların araşdırılmasını və gecikmə halları ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək
  • Aylıq avans və əmək haqqı tabel uçotunu aparmaq
  • Ştat cədvəlinin tərtibi, ona müvafiq əlavə və dəyişikliklərin edilməsi
  • İşçi heyəti ilə bağlı müxtəlif növ arayışları, xasiyyətnamələri hazırlamaq və aidiyyəti üzrə təqdim etmək
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə bankın əməkdaşlarının fərdi iş icazəsi, müvəqqəti yaşama icazəsinin alınması üçün sənədləri hazırlamaq
  • İşçilərin icbari tibbi müayinəsi, icbari və könüllü sığortası, sosial sığorta hadisələrinin baş verməsi zamanı müavinətlərin təyin edilməsi üzrə müvafiq sənədləşmə işlərini icra etmək

 

Tələblər:

  • Ali magistr təhsili
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək
  • Sosial sığorta, sosial təminat qanunvericiliyini və miqrasiya qanunvericiliyinin əsaslarını bilmək
  • Əmək qanunvericiliyini mükəmməl bilmək
  • Bu sahədə 3 ildən artıq təcrübə
  • Namizədlərin məlumatlarının 1C 8.3 versiyasında işləyə bilməsi
  • Kompüter bilikləri
  • Ofis ləvazimatları (printer, skaner, faks) ilə işləmək bacarığı
  • Ünsiyyətcil olmaq və komandada işləmək bacarığı
  • Stressə davamlılıq
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

Paylaş