İş elanları 2025 -

Risklərin idarə edilməsi üzrə mütəxəssis - Kapital Bank / Kapital Bank

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

Öhdəliklər:

  • Bankda ERM siyasəti sənədinin (Enterpirse Risk Management Policy) tətbiqində iştirak edir;
  • Bankda risk identifikasiyası üzrə üsul və alətləri tətbiq edərək yeni risklərin identifikasiyası
  • prosesini təşkil edilməsində iştirak edir;
  • Risk xəritəsini (risk control matrix) yaradılması və idarə edilməsində iştirak edir;
  • İdentifikasiya edilmiş risklərin ERM siyasətinə uyğun olaraq qiymətləndirilməsini təmin edir;
  • Daxili insidentlərin səbəblərini araşdırır və aradan qaldırılması istiqamətində struktur bölmələr tərəfindən görülən işləri izləyir;
  • Əməliyyat itkilərinin səbəblərinin araşdırılması, aradan qaldırılması ilə bağlı struktur bölmələrdən tədbirlərin əldə olunması və itkilərlə bağlı hesabat məlumatlarının formalaşdırılmasını təmin edir;
  • Əsas risk indikatorlarını müəyyənləşdirilməsi, tətbiq edilməsi və onların təhlilinin aparılmasında iştirak edir;
  • Bankın RHİ (Risk Sağlamlığı indeksinin) göstəricisinin ölçülməsində iştirak edir və göstəricinin idarə edilməsini təmin edir;
  • Bank üzrə risklərin idarə edilməsi, qiymətləndirilməsi istiqamətində Bankdaxili normativ sənədləri, həmçinin, Bankın yeni və mövcud çərçivə və siyasət sənədləri ilə bağlı rəy və
  • təkliflərini verir;
  • Bankın davamlı biznes fəaliyyətinin təmin olunması məqsədi ilə struktur bölmələr ilə birgə həyata keçiriləcək tədbirləri özündə əks etdirən fövqəladə hallar planının tərtib edilməsində iştirak edir;
  • Risk İştahası Bəyannaməsi hesabatını hazırlayır. Risk İştahası Bəyannaməsi hesabatı üzrə Əməliyyat və Reputasiya riski kateqoriyasına aid göstəricilərin hesablanması, nəzarəti və pozuntularla bağlı hesabat məlumatlarının formalaşdırılmasını təmin edir; -
  • Bankda risk mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini təşkil edir.
  • Şöbəyə cəlb edilmiş təcrübəçilərə və əməkdaşlara işlərində dəstək göstərir və onlarla birgə fəaliyyət göstərir;
  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dairdigər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra edir; -
  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri, Baş icraçı direktor tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və
  • fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Tələblər:

  • Vətəndaş qüsursuzluğuna malik olma
  • Təhsil: Ali təhsili
  • Təcrübə: Bank sektorunda ən azı 1 il
  • Dil bilikləri: Azərbaycan, İngilis

Paylaş