Xalqlar filialı və Onlayn şöbə üçün Qeydiyyatçı
05 Sep 2024İş barədə məlumat
EDUGrata Təhsil Mərkəzinin Xalqlar filialı və Onlayn Şöbə üzrə "Qeydiyyatçı" vəzifəsinə vakansiya mövcuddur!
Vakansiya tələbləri:
- Azərbaycan dilində düzgün danışıq və yazı qaydaları;
- Öyrənmək və araşdırmaq qabiliyyəti;
- Ünsiyyət qura bilmə bacarığı;
- MS Office (Word, Excel əsasən) bilməyi üstünlükdür, əks halda öyrədiləcəkdir;
- Ali təhsil və ya təcrübə şərt deyil, önəmli olan ilk üç şərtin olmasıdır;
- Vakansiya xanımlar üçün nəzərdə tutulub (20-25 yaş daha məqsədə uyğundur);
- Yaşayış ünvanı filiala yaxın olmağı üstünlükdür.
Vakansiyanın şərtləri:
- Günorta yeməyi şirkət tərəfindən təmin olunur
- Əmək haqqı əməkdaşın bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
- Əmək haqqı fiks maaş və bonuslarla tənzimlənir.
- iş saatı 9:00-dan dərs saatları bitənə kimi nəzərə tutulub. Ən gec bitən dərsimiz həftənin müəyyən günləri 18:30-da olur.
Bizimlə çalışmağın üstünlükləri:
- Fərdi və komanda şəklində inkişaf (əməkdaşlar üçün aylıq təlimlər təşkil edilir)
- Əmək müqaviləsi, daim vaxtında ödənilən və artan maaş sistemi
Qeyd:
- Xahiş olunur ki, təhsil sahəsini sevən, təhsilə dəyər qatacağına inanan insanlar müraciət etsinlər.
- Biznesin idarə edilməsi, Menecment, Marketinq və s. kimi ixtisas məzunları və ya Subbakalavrlar (kollec məzunları) vakansiya üçün daha uyğun hesab edilir. Məqsədimiz uzunmüddətli əməkdaşlıqdır.
- Gələcəkdə müəllim kimi çalışmaq istəyən pedaqoji ixtisas məzunları müəllim kimi müraciət etsələr daha faydalıdır.
Vakansiya üçün müraciət etmək istəyən şəxslər [email protected] adresinə "Qeydiyyatçı" başlığı ilə şəkilli CV fayllarını göndərə bilər. CV-ləri göndərərən zaman sizə uyğun filialı və doğum tarixinizi qeyd etməyi unutmayın.