Qeydiyyatçı (Ramana və Binə)

09 Dec 2024

İş barədə məlumat

 

EDUGrata Təhsil Mərkəzinin Ramana və Binə filialı üzrə "Qeydiyyatçı" vəzifəsinə vakansiya mövcuddur.

 

Vakansiya tələbləri: 

  • Azərbaycan dilində düzgün danışıq və yazı qaydaları;
  • Öyrənmək və araşdırmaq qabiliyyəti;
  • Ünsiyyət qura bilmə bacarığı;
  • MS Office (Word, Excel əsasən) bilməyi üstünlükdür, əks halda öyrədiləcəkdir;
  • Ali təhsil və ya təcrübə şərt deyil, önəmli olan ilk üç şərtin olmasıdır;
  • Vakansiya xanımlar üçün nəzərdə tutulub (20-25 yaş daha məqsədə uyğundur);
  • Yaşayış ünvanı filiala yaxın olmağı üstünlükdür.

 

Ünvan:

  • Binə filialı - Binə qəsəbəsi Əli isazadə 1. Ağ sarayın yanı

 

Ramana filialı - Akasiya şadlıq sarayının yaxınlığı

 

Vakansiyanın şərtləri:

  • Əmək haqqı fiks maaş və bonuslarla tənzimlənir. 
  • (Fiks məbləğ namizədin bilik və bacarıqlarına görə dəyişə bilər)
  • iş saatı 9:00-dan dərs saatları bitənə kimi nəzərə tutulub. Ən gec bitən dərsimiz həftənin müəyyən günləri 18:30-da olur. 

 

Bizimlə çalışmağın üstünlükləri:

  • Fərdi və komanda şəklində inkişaf (əməkdaşlar üçün aylıq təlimlər təşkil edilir)
  • Əmək müqaviləsi, daim vaxtında ödənilən və artan maaş sistemi

 

Qeyd: 

  • Xahiş olunur ki, təhsil sahəsini sevən, təhsilə dəyər qatacağına inanan insanlar müraciət etsinlər. 
  • Biznesin idarə edilməsi, Menecment, Marketinq və s. kimi ixtisas məzunları və ya Subbakalavrlar (kollec məzunları) vakansiya üçün daha uyğun hesab edilir. Məqsədimiz uzunmüddətli əməkdaşlıqdır.
  • Gələcəkdə müəllim kimi çalışmaq istəyən pedaqoji ixtisas məzunları müəllim kimi müraciət etsələr daha faydalıdır.

 

 

Vakansiya üçün müraciət etmək istəyən şəxslər [email protected] adresinə "Uyğun filialın adı və Qeydiyyatçı" başlığı ilə şəkilli CV fayllarını göndərə bilər. CV-ləri göndərən zaman doğum tarixinizi və yaşayış ünvanınızı qeyd etməyi unutmayın.


Müraciət et