Təcrübə proqramı (Lombard kreditləri üzrə)
31 Aug 2024İş barədə məlumat
Öhdəliklər:
- Təlimlərdə aktiv iştirak etmək;
- Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək;
- Təlimçi və mentorla interaktiv işləmək;
- Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək.
Tələblər:
- Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
- Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Yaşı 18-dən 30-a qədər (Ali və ya orta ixtisas təhsili alan tələbələr və ya ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər);
- Karyerasını satış işində görmək;
- Öyrənməyə açıq olmaq;
- Pozitiv ünsiyyət bacarığı;
Sizə nə vəd edirik:
- Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı;
- Maliyyə yönümlü ilkin biliklərin qazanılması;
- Bank və BOKT məhsulları haqqında ümumi məlumatların öyrədilməsi;
- Qeyd: Təcrübə 1 ay müddətinə full-time şəkildə keçiriləcək. Təcrübə müddətini uğurla keçən namizədlər Lombard kreditləri üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul ediləcəklər.
- Əmək haqqı + bonus
Maraqlanan şəxslər [email protected] ünvanına “təcrübə proqramı yazaraq cv-lərini göndərə bilərlər.