Ofis əməliyyatları üzrə menecer
28 Aug 2024İş barədə məlumat
Vəzifə öhdəlikləri:
- Müştəri məlumatlarının databazaya daxil edilməsi,
- Sorğulara əsasən müştərilərdən məlumatların alınması,
- Məlumatların araşdırılması və yoxlanılması,
- Əməliyyatların icra edilməsi,
- Müraciətlərin deadline-larına nəzarət edilməsi,
- Sənədlərin skan edilməsi, adlandırılması, yerləşdirilməsi,
- Sənədlərin arxivləşdirilməsi,
- Email yazışmalarının aparılması,
- Hesabatlılığın aparılması,
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi.
Əsas tələblər:
- Olduqca məsuliyyətli və dəqiq, detallara diqqət edən,
- Punktual, operativ, çevik və adaptasiya ola bilən,
- Öyrənməyə meyilli, təhsil sahəsinə marağın olması,
- İngilis dili B2 səviyyəsində mütləqdir (ingiliscə sərbəst araşdırma və yazışma bacarığı),
- Excel, Word və PowerPoint proqramları üzrə təcrübə,
- Analitik və kritik düşüncə bacarıqları üstünlükdür,
- Bəy namizəd axtarılır.
Şərtlər:
- 6 günlük iş qrafiki, tam ştat,
- Bonus sistemi,
- Rəsmi əmək müqaviləsi,
- Maaş namizədə əsasən təyin olunur.
Müraciət üçün CV və maaş gözləntinizi [email protected] emailinə göndərin.