SATIŞ ÜZRƏ MƏSLƏHƏTÇİ
06 Aug 2024Lüks pərakəndə satış sektorunun aparıcı şirkəti olan “Italdizain” QSC ”Swarovski”, “Coincasa”, “Xtravaganza”, “Villeroy&boch” butiklərində satış üzrə məsləhətçi vakansiyası üzrə işçi axtarışındadır. Şirkət barədə daha ətraflı məlumat əldə etmək istəyən www.italdizain.az veb saytına daxil ola bilərlər.
Vəzifə öhdəlikləri:
- Şirkət tərəfindən müəyyən edilmiş satış planını həyata keçirmək
- Müştəri məmnuniyyətinin təmin olunması
- Müştərilərinin seçimlərində yardımçı olunması, onlara məhsullar haqqında dolğun məlumatın verilməsi
- İş əsnasında şirkətin peşəkar satış üsullarını öyrənmək və effektiv şəkildə istifadə etmək
- Müştəri xidmətləri standartına uyğun xidmət göstərmək
- Stabil məşğulluq
- İlk günündən əmək müqaviləsinin bağlanılması
- Əmək haqqı: 650 azn + bonuslar
- İş qrafiki, mağazadan asıllı olaraq, fərqlənir
- Satış sahəsində təcrübənin olması arzuolunandır
- Mükəmməl ünsiyyət bacarıqları və işgüzar etiket.
- Peşəkar inkişaf arzusu.
- Stressə davamlılıq, məsuliyyət, nəticəyönümlülük,təşəbbüskarlıq
- Xarici dillərin (ingilis və/və ya rus) bilməsi arzuolunandır.
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Satış üzrə məsləhətçi” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər