SMETA MÜHƏNDİSİ
02 Aug 2024- 2004-cü ildə qurulan Başak Group MMC, kirəmit sənayesində köklü bir tarixə malik lider şirkətllərdən 2004-cü ildə qurulan “Başak Group” MMC, kirəmit sənayesində köklü bir tarixə malik lider şirkətllərdən biridir.
- Yerli brendimiz olan “Özkirəmit” sektordakı lider mövqeyini qorumaqla, şirkətimiz Avropanın və Türkiyənin tanınmış kirəmit markaları olan SSQ, WIENERBERGER, KILIÇOĞLU, MEGARON, GÜROK KİREMİT, ONUR KİREMİT, eyni zamanda, öz brendimiz olan Sultan Kirəmitin Azərbaycanda rəsmi distribütorluğunu öz üzərinə götürmüşdür.
- Başak Group MMC şirkətinin növbəti qolu isə tikinti sahəsində ixtisaslaşmışdır. Dövlət və özəl layihələrin tikintisi ilə məşğul olan Bashak Group dözümlülük, etibarlılıq və təhlükəsizliyi özünün əsas prinsipi hesab edir.
- Özkirəmit olaraq müştərilərimizə ən keyfiyyətli məhsulları təqdim etməkdə qərarlıyıq.
- Hazırda üzərində işlədiyimiz və tamamladığımız əsas layihələrdən bəziləri: “Sea Breeze Resort” “Villa Siena” “Sakit Göl” “Mehmandarov Malikanəsi” “Şuşa Xalçaçılıq Muzeyi” “Şuşa yaradıcılıq mərkəzi” “Şuşa şəhəri çoxmərtəbəli binalar” “Şuşa Yasəmən Hotel” “Laçın Layihəmiz”.
Vəzifə öhdəlikləri:
- Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi
- Memarlıq Layihəsi, Konstruktiv hesabat və Dizayn Layihəsi sənədlərinə uyğun ümumi tikinti və təmir işləri üzrə iş həcmlərinin çıxarılması və detallı Smetaların hazırlanması
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərini etmək
- Material sərfini və tikinti-quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsini təmin etmək
- Layihəyə dair aylıq texniki hesabatları tərtib etmək (Forma 2, Forma 3, Xərc analizi) və hesabatlarla (Material, Texniki, Aktlar) işləməyi bacarmaq
- Müəyyən edilmiş vaxt ərzində layihənin təhvil verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi
İş qrafiki:
- Həftə içi 6 iş günü saat 09:00-dan - 18:00-dək, şənbə yarı iş rejimi
- Nahar şirkət tərəfindən verilir
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 1500-2000 AZN (bilik-bacarığa əsasən artandır)
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
- Təhsil: Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə),
- Kompüter bilikləri: MS Office proqramları, AutoCAD, digər proqram bilikləri əlavə üstünlük hesab olunur,
- Dil bilikləri: azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
- İş təcrübəsi: Müvafiq sahədə 4 ildən çox iş təcrübəsi
- Punktual və ünsiyyətcil olması
- Analitik düşüncə bacarığı
- Ünsiyyət və komandada işləmək bacarıqları
- İşinə məsuliyyətli və dəqiq yanaşmalı
- Təşkilatçılıq bacarıqlarına malik olmalı
- Detallara diqqət yetirməyi bacarmalı
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı
- Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli
- Dam örtüyü sahəsində təcrübəsi olanlara üstünlük veriləcək.
Tələblərə uyğun şəxslər CV formalarını [email protected] electron poçt ünvanına, mövzu hissəsinə “Smeta mühəndisi” yazaraq göndərə bilərlər. Qeyd edək ki, yalnız təcrübəsi olan şəxslərin cv formalarına baxılacaq.