İş elanları 2025 -
A

Aparıcı hüquqşünas - Alliance Hüquq Mərkəzi MMC / Alliance Hüquq Mərkəzi MMC

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

“Alliance Hüquq Mərkəzi” MMC korporativ və kommersiya hüququ sahəsində ixtisaslaşmış “Aparıcı hüquqşünas” vakansiyasını elan edir.

İşçinin əmək funksiyaları:

  • Hüquqi şəxslərin (kommersiya və qeyri-kommersiya), onların filial və nümayəndəliklərinin qeydiyyatı və fəaliyyətə başlanılması üçün zəruri olan digər addımların atılmasında hüquqi dəstəyin verilməsi;
  • Əqli mülkiyyət qanunları, Miqrasiya Məcəlləsi, Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən olunmuş hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi icazə (lisenziya), malların idxal-ixracı üçün zəruri olan sənədlərin alınması üçün müvafiq sənədlərin hazırlanması və müvafiq qurumlara müraciətin edilməsi;
  • Sənədlərin təhlili, hüquqi araşdırılması, akt və sərəncamların, normativ hüquqi sənədlərin ekspertizasında iştirak edilməsi;
  • Tələb olunan hüqüqi sənədləri (sorğu, ərizə, müəssisə daxili qərar, qayda və s.) tərtib etmək, onlara dair rəy və həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Müəssisənin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin hazırlanması;
  • Müxtəlif növ müqavilələrin hazırlanması, nəzərdən keçirilməsi və danışıqların aparılması;
  • Potensial hüquqi riskləri müəyyən etmək və onların azaldılması üçün strategiyalar hazırlamaq, o cümlədən risklərin qiymətləndirilməsi və şirkətin maraqlarını qorumaq üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi;
  • Məhkəmə qarşısında müəssisə və vətəndaşların qanuni mənafelərinin qorunması. Əlverişli nəticələr əldə etmək üçün danışıqlar, vasitəçilik və zəruri hallarda məhkəmə çəkişmələri də daxil olmaqla, hüquqi mübahisələrin idarə və həll edilməsi;
  • Dövlət orqanlarında müəssisə və müştəriləri təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədlərin hazırlanması;
  • Mülki hüquq, Migrasiya hüququ, Müqavilə hüququ, Əqli Mülkiyyət və normativlərə uyğunluq daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, geniş spektrli hüquqi məsələlər üzrə müştərilərə hüquqi məsləhətlərin verilməsi;
  • İcrası planlaşdırılan layihələrinin hüquqi ekspertizasının həyata keçirilməsi;
  • İşin bütün aspektlərində yüksək etik standartların, peşəkar dürüstlüyün və məxfiliyin qorunması, maraqların toqquşmasının qarşısının alınması;
  • Rəhbərlik tərəfindən təyin olunan digər hüquqi xarakterli tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Hüquq üzrə müvafiq bakalavr və magistr dərəcəsi;
  • Mükəmməl səviyyədə Rus dili bilikləri;
  • İngilis dili biliyi (pre intermediate level)
  • Hüquqi məsələlərin şərhində və strateji həllərin formalaşdırılmasında güclü analitik bacarıqlar nümayiş etdirərək, biznes mühitində 2 illik peşəkar Hüquqşünas təcrübəsi;
  • Müvəffəqiyyətli danışıqlar və hüquqi məsələlərin həlli təcrübəsi ilə korporativ hüquq və prosedurlar üzrə bilik və anlayış;
  • Sərbəst Azərbaycan, orta səviyyədə ingilis və rus dili bilikləri;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yüksək araşdırma və tədqiqat bacarığı;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq, məsuliyyətlilik;
  • Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı

İş barədə məlumat:

  • İş qrafiki həftə içi 5 (beş) gün;
  • İş yeri:Nərimanov rayonu Həsənoğlu küçəsi-4;
  • Əmək haqqı  namizədin bilik və bacarıqlarına əsasən 800-1200 manat təyin olunacaq

Tələblərə uyğun gələn namizədlər öz CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə  [email protected]  ünvanına göndərə bilərlər.


Paylaş